Ukrayna Novorossiysk limanına hücum edib | VİDEO

Ukrayna Novorossiysk limanına hücum edib    | VİDEO
  14 Noyabr 2025    Oxunub:812
Ötən gecə Rusiyanın Novorossiysk şəhərinə pilotsuz təyyarənin hücumu nəticəsində “Şesxaris” daşıma kompleksində neft anbarına ziyan dəyib.
AzVision.az xəbər verir ki, Rusiyanın Krasnodar diyarının operativ qərargahı neft terminalının vurulması və yanğının törənməsi barədə məlumatı təsdiqləyib. Bundan əlavə sahil zolağındakı tikintilərə də xətər yetirilib.

“Kütləvi hücum nəticəsində PUA-nın dağıntıları Novorossiysk limanında mülki gəmilərdən birinə ziyan vurub. İlkin məlumata görə, gəmi ekipajının 3 üzvü yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib və onlara bütün lazımi tibbi yardım göstərilir. Pilotsuz təyyarənin hücumu “Şesxaris” neft bazasında yanğının baş verməsinə səbəb olub”, - məlumatda deyilir.

Qara dənizdəki Novorossiysk limanında yerləşən “Şesxaris” daşıma kompleksi Rusiyanın cənubunda neft və neft məhsullarının yüklənməsi üçün ən böyük obyektlərdən biridir.

Rusiyanın Müdafiə nazirliyi, öz növbəsində, ötən gecə ölkənin hava hücumundan müdafiə (HHM) qüvvələrinin Ukraynanın 216 PUA-sını “ələ keçirdiyini və məhv etdiyini” açıqlayıb.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Novorossiysk   zərbə  



Xəbər lenti